Ukraynanın Xalq artisti Ani Lorak yeni sevgilisinin görüntülərini paylaşıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, 44 yaşlı sənətçi sosial şəbəkə hesabında ucaboylu bir bəylə qucaqlaşdığı görüntülərini izləyiciləri ilə bölüşüb.
Yayımladığı kadrlarda xoşbəxtlikdən üzü gülən Lorak "Yeni bir şey başlayır" şərhini yazıb. İzləyicilər Aninin paylaşımına "Yaxşı oğlandır, xoşbəxt ol" sözlərini yazıblar.
Qeyd edək ki, İsaak Vijraku adlı bu şəxs özünü Afrika şamanlarının nəslindən, şəfa verən və "bütöv bir terapevt" kimi təqdim edir. Onun Barselonada doğulduğu məlum olub. O, sosial şəbəkə hesabında İbizada yaşadığını yazıb. İkili münasibətləri haqqında əlavə şərh verməyib.
Milli.Az