Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsirlər - VİDEO

12 Yanvar 2023 11:12

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində ağacları kəsdikləri iddia edilir.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

İddialara görə, sülhməramlılar Laçın yolundakı postlarının yaxınlığında yerləşən ağacları məhv edirlər.

Məlumatlarda bildirilir ki, sülhməramlılar yol çəkmək üçün bu addımı atırlar.

Ancaq sözün konkret olaraq hansı yol çəkilişindən getdiyi məlum deyil.

Milli.Az