Rusiyada güclü yanğın - VİDEO

12 Yanvar 2023 15:30

Rusiyanın Sankt-Peterburq şəhərində anbar yanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

400 kvadratmetr sahədə məhdudlaşdırılan yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə yerində ümumilikdə 70-dən çox xilasedici və 18 texnika çalışır.

Milli.Az