Azərbaycan 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər siyahısında

12 Yanvar 2023 10:33

"Forbes" jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər qeyd edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səyahət ediləcək ölkələr sırasında Azərbaycanda yer alıb.

Qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir.

"Siz şəhərin orta əsrlərə aid köhnə şəhərinin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz.

Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran Prisinin vətənidir, ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışa çıxa bilərsiniz" - deyə məqalədə bildirilib.

Məqalədə həmçinin, Gürcüstan, Bolqarıstan,Rumıniya, İspaniya, Fransa, Çexiya,İtaliya,Almaniya kim ölkələr yer alıb.

Milli.Az