"Twitter" əsas səhifəsi üçün dəyişiklik edir

12 Yanvar 2023 19:16

"Twitter" əsas səhifədə dəyişiklik edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Twitter" istifadəçiləri artıq bir kliklə yalnız öz ana səhifələrində izlədikləri səhifələrin yazılarını görə biləcəklər.

"Twitter" ana səhifəsinin yuxarı sağ küncündəki ulduz işarəsi ilə izlənilən istifadəçilərin son yazıları xronoloji ardıcıllıqla göstəriləcək. Digər tərəfdən, eyni variantın köməyi ilə "Twitter" aloqritiminin istifadəçilər üçün seçdiyi paylaşımları vurğulamaq mümkündür.

"Twitter"-in yeni interfeysi artıq "iOS" cihazlarında mövcuddur. Tezliklə "Android" cihazlarında yeni ana səhifə seçiminin gəlməsi gözlənilir.

Milli.Az