Tanınmış şirkət işçilərinə 50 aylıq maaş verdi

12 Yanvar 2023 15:16

Tanınmış şirkət işçilərinə 50 maaş bonusu verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Tayvanın nəqliyyat şirkəti "Evergreen" şirkəti işçilərinə ilin sonunda 50 aylıq əmək haqqı ödəyib.

Şirkətin ötən ilə nisbətən bu ilki gəliri 92 faiz artaraq 9,91 milyard dollar olub.

Milli.Az