Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin Rusiyaya girişi 50 il qadağa qoyulub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda Dubayda yaşayan müğənni bir ifadənin qurbanı olub.
Məlumata görə, qala gecəsində çıxış edən ifaçıya bir Ukrayna vətəndaşı "Ukraynaya eşq olsun!", - deyə xitab edib.
Valeri isə cavabında "Qəhrəmanlara eşq olsun!", - deyib.
Bu isə Rusiya qanunvericiliyinə görə Ukraynaya dəstək anlamını verir.
Milli.Az