Bakıda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO

12 Yanvar 2023 08:24

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, "Nissan" və "Toyota Prius" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az