Əməkdar artist oğlunun ölümündən danışdı

12 Yanvar 2023 08:18

"Xərçəngə tutulanda Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın. Məndən sonra o məhv olar".

Bunu BAKU.TV-nin "O kimdir?" verilişində Əməkdar artist, aktrisa Kübra Əliyeva xərçənglə mübarizəsindən danışarkən deyib.

O, vəfat edən oğlu haqqında yayılan xəbərlərdən incidiyini qeyd edib:

"Televiziyada mənim şəklimi verib şok başlıqla yayımlamaqları xətrimə dəydi. Dedim ki, niyə məni biabır edirsiniz? Mən əməyimlə, zülmümlə bu yerə gəlmişəm".

Əməkdar artist oğlundan heç vaxt utanmadığını da vurğulayıb.

Milli.Az