Braziliyadakı etirazlara görə 1200-dən çox insan həbs edildi

12 Yanvar 2023 07:45

Braziliyadakı etirazlarla bağlı 1200-dən çox adam həbs edilib.

Həbs edilən şəxsləri ittiham etmək üçün dövlət rəsmilərinə beş gün vaxt verilib.

Ümumilikdə isə etirazlardan sonra 1500-dən çox adam saxlanılıb.

Qeyd edək ki, etirazçılar Prezident Lula da Silvanın istefasını tələb edirlər.

Həmçinin, etirazlar zamanı polislə toqquşmalar qeydə alınıb, aksiyaçılar parlamentin binasına hücum ediblər.

Milli.Az