Çində maşını piyadaların üstünə sürdü - 5 ölü,13 yaralı

12 Yanvar 2023 07:35

Çinin cənubundakı Quançjou şəhərində bir nəfərin maşını piyadaların üzərinə sürməsi ölümlə nəticələnib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Quançjou polisindən verilən açıqlamada, hadisə zamanı 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib.

Qəzadan sonra 22 yaşlı sürücünün nəzarətə alındığı və hadisə ilə bağlı istintaq başladıldığı deyilir.

Sürücünün hadisəni qəsdən edib-etmədiyi hələlik məlum olmasa da, qəza görüntülərində onun yoluna davam etdiyi görünüb.

Milli.Az