Bu xüsusiyyətə malik insanlar şeytanın (lən) şəriki olur

21 Yanvar 2023 21:40

Mübarək dinimizin nəzərinə görə, söyüş söymək - böyük günahlardan biridir ki, möminə qətiyyən yaraşmaz.

Onun məqamını Allah yanında endirər və Allahın gözündən salar. Ona görə də dinimiz bu əməli məzəmmət edir və ondan çəkinməyi tövsiyə edir.

İmam Sadiq (ə) buyurur: "Dilini çirkin sözlər deməkdən qoru".

İmam Əli (ə) buyurur: "Söyüş söyənlər və pis dilli insanlar İslamdan uzaqdırlar".

Həzrət Peyğəmbər (s) buyurur: "Söyüş söyməkdən çəkinin. Çünki Allah Təala pis dilli söyüş söyəni sevməz".

İmam Baqir (ə) buyurur: "Allah, pis dilli söyüş söyən insanı düşmən bilər".

İmam Əli (ə) buyurur: "O kəs ki, söyüş söyər, həsəd aparanların qəlbini soyudar".

İmam Əli (ə) buyurur: "Ağılsızların ən ağılsızı o kəsdir ki, söyüş söyməyi ilə iftixar edər".

İmam Sadiq (ə) buyurur: "Hər kim ki, insanlar onun dilindən qorxar - o, atəşdə olar".

İmam Sadiq (ə) buyurur: "Şeytanın şəriklərinin nişanələrindən biri budur ki, insan söyüş söyən olsun. Nə dediyindən və nə eşitdiyindən qorxusu olmasın".

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın ən pis bəndələrindən biri o kəsdir ki, pis dilli olması və söyüş söyməsinə görə onunla yoldaş olmaq xoşagəlməz olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Ən pis insan o kəsdir ki, insanlar söyüş söyməsinin qorxusundan onu tərk edərlər".

İmam Sadiq (ə) buyurur: "Pis dilli olmaq ədəbsizlikdəndir və ədəbsiz də atəşdə olar".

Milli.Az