Bu teatrın direktoru işdən çıxarıldı

11 Yanvar 2023 21:20

Qax Kukla Teatrının direktoru Seymur Vəliyev (Seymur Elsevər) işdən çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, S.Vəliyevin əmək müqaviləsinə müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilib.

Xatırladaq ki, Seymur Vəliyev 2022-ci ilin iyun ayında Qax Kukla Teatrının direktoru təyin olunmuşdu.

Milli.Az