"Qarabağa BMT sülhməramlılarının göndərilməsi üçün Azərbaycanın razılığı olmalıdır" - Kreml Paşinyana cavab verib

11 Yanvar 2023 13:29

Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusununn bir neçə dəfə gündəmdə olduğunu söyləyib: "Lakin hər hansı missiya yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər", deyə Kremlin sözçüsü vurğulayıb.

Milli.Az