Sabiq futbolçusu "Qarabağ"ın düşərgəsinə niyə gəlib? - VİDEO

11 Yanvar 2023 20:11

Bosniya və Herseqovina millisinin və "Konyaspor" qapıçısı İbrahim Şehiç sabiq klubu "Qarabağ"ın düşərgəsini ziyarət edib.

Milli.Az xəbər verir ki, 34 yaşlı oyunçu Ağdam təmsilçisinin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində komandanın futbolçu və məşqçi heyəti ilə görüşüb. Şehiç onlarla ayaqüstü söhbət də edib.

Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb. (publika)

Milli.Az