Sevda əri ilə İndenoziyaya gedir

11 Yanvar 2023 14:43

Qısa müddət öncə ana olan müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birgə İndoneziyaya getməyə hazırlaşır.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Z. Bayramov Sevdanın instaqramda paylaşdığı videoda bildirib. O, bir ay sonra yola düşəcəklərini deyib.

Səyahət etməyi sevən cütlük daha sonra Avstraliya və Yaponiya arzusunda olduqlarını da qeyd edib.

Milli.Az