İranda casusluqda ittiham olunan xarici vətəndaş şallaqlanacaq

11 Yanvar 2023 11:58

Belçika vətəndaşı Olivye van Kastel İranda birinci instansiya məhkəməsi tərəfindən casusluq ittihamı ilə həbs cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Belçikalı ABŞ-ın xeyrinə İrana qarşı casusluq, qaçaqmalçılıq və çirkli pulların yuyulması da daxil olmaqla dörd maddə üzrə təqsirli bilinib. O, 12,5 il həbs və 74 şallaq cəzasına məhkum edilib.

Hökmdən 20 gün ərzində Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Milli.Az