Qazaxıstan Buçada aksiya keçirib? - Rusiya XİN

11 Yanvar 2023 07:48

Biz Qazaxıstanın rəsmi nümayəndələrinin diqqətini internetdə yayılan mesajlara cəlb etdik. Bizi əmin etdilər ki, bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil və respublikanın hakimiyyət orqanlarının bununla heç bir əlaqəsi yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ukraynanın Buça şəhərində Qazaxıstan Xarici İşlər Nazirliyinin iştirakı ilə aksiya keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Rusiya tərəfinin yaxın tərəfdaşlara etibar etməmək üçün heç bir səbəbi yoxdur.

Milli.Az