Rus ordusu Soledarı da zəbt etdi

11 Yanvar 2023 07:21

Rusiya qoşunları Donetskin Soledar yaşayış məntəqəsinin mərkəzinə nəzarəti ələ keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə separatçı "dxr"in rəhbəri Denis Puşilin məlumat yayıb.

"lxr"in milislərinin rəsmisi İvan Filiponenko isə Ukrayna hərbçilərinin Soledardan kütləvi surətdə çıxarıldığını bildirib.

Xatırladaq ki, ötən gündən vaqnerçilər bu şəhərə hücuma keçmişdilər.

Qeyd edək ki, yanvarın 9-da da Baxmutskoye yaşayış məntəqəsi rus ordusu tərəfindən zəbt olunub.

Milli.Az