"Mançester Yunayted" yarımfinala yüksəlib

11 Yanvar 2023 07:14

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Mançester Yunayted" öz meydanında "Çarlton" klubunu qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Markus Reşford (dubl) və Antoni vurublar.

Beləliklə, "Mançester Yunayted" İngiltərə Liqa Kubokunun yarımfinalına yüksəlib.

Milli.Az