100-dən çox qadının intim fotolarını çəkən məktəb direktoru həbs olundu - FOTO

10 Yanvar 2023 23:57

Türkiyənin İstanbul şəhərində məktəb direktoru ictimai yerlərdə gizlicə qadınların intim fotolarını çəkib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ərzurum şəhərindən İstanbula gəzməyə gələn Hakan adlı şəxs küçədə, metroda və ya parkda mobil telefonunu qadınların ətəyinin altına gizlicə salaraq şəkillərini çəkib. O, həmçinin çəkdiyi 100-dən çox foto və videonu telefonunda xüsusi qovluqlara bölərək arxivləşdirib. Qadınları xatırlamaq üçün isə qovluqlara "manyakca" adlar qoyub.

Həmzə adlı vətəndaş hadisəyə şahid olub və bu barədə aidiyyəti qurumlara məlumat verib. Bundan sonra məktəb direktoru nəzarətə götürülüb. O, barəsində olan ittihamları etiraf edib və peşman olduğunu bildirib.

Məhkəmə salonunda şübhəli "Şəxsi məlumatlardan qanunsuz istifadə" maddəsi ilə həbs edilib.

Milli.Az