Əhmədlidə işıqlar sönüb - SƏBƏB...

10 Yanvar 2023 22:26

Bakının Xətai rayonunda işıqlar sönüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Əhmədli qəsəbəsində bir neçə küçədə elektrik enerjisinin verilişində problem yaranıb.

"Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlunun Musavat.com-a bildirdiyinə görə qəza xidməti problemi aradan qaldırmağa çalışır: "Muftada qızma olub. Buna görə transformatora elektrik verilişi dayandırılıb. Çox güman ki, qabaqlayıcı tədbir kimi yenilənmə edilir. Problem qısa zamanda həll olunacaq".

Milli.Az