Xərçəngin əsas əlamətləri hansılardır? - HƏKİMDƏN AÇIQLAMA

21 Yanvar 2023 22:15

"Bədənin hər hansı bir yerində üç həftədən çox davam edən səbəbsiz ağrılarınız varsa, mütəxəssisə müraciət etməlisiniz.

Bu, xüsusilə sümüklərdəki ağrılara aiddir.

Bu sözləri doktor Amen Sibtein "Daily Express"ə müsahibəsində bildirib.

Əsassız qanaxma və arıqlama da orqanizmdə ciddi pozuntulardan xəbər verir", - deyə mütəxəssis bildirib.

Bundan əlavə, o, xərçəngin simptomları arasında yorğunluq, gecə tərləmələri, şişkinlik, daimi öskürək və udma problemini də sadalayıb.

Milli.Az