Quru dərisi olanlar bunları etsin

21 Yanvar 2023 21:15

Əgər dəriniz qurudursa, bu, sizə bir çox problemlər yaradır. Makiyaj zamanı krem üzünüzə yaxşı oturmur, dəriniz qırışır, qabıq verir. Bunun üçün dərini nəmləndirmək mütləqdir.

Milli.Az axşam.az istinadən dərini nəmləndirəcək vasitələri təqdim edir:

- Kök, avokado, bal, zeytun yağı və yumurtanı qarışdırın. Üzünüzə çəkib 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

- Bal, zeytunyağı və yumurtanı qarışdırıb üzünüzə çəkin. 10 dəqiqədən sonra yuyub, nəmləndirici krem çəkin.

Xiyarı sürtkəcdən keçirin və üzərinə aloe şirəsi töküb qarışdırıb üzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

Milli.Az