Dəmi 1-2 saatdan sonra içmək olmaz

10 Yanvar 2023 22:35

Çayı həmişə təzə dəm içmək lazımdır. Köhnə dəm orqanizmə zərərlidir.

Nutrisoloq İrina Mansurova köhnə dəmi içmək vərdişinin təhlükəli olduğunu bildirib.

"Köhnə dəmdə patogenlər və göbələklər yaranır. Çayın düzgün içilmə sxemi - təzə dəmləyib, 10 dəqiqədən sonra içmək və ən çoxu 1-2 saat saxlamaqdır. Bir sutka qalan çayda heç bir faydalı təsir qalmır.

Yaşıl və ağ çay 80 dərəcə qaynar su, qara çay 95 dərəcə suda dəmlənir. 1-2 saatdan sonra artıq qalan dəm atılmalı, yenisi dəmlənməlidir"./Bakupost

Milli.Az