İndi yayılan B qripi bronxlara çökür

10 Yanvar 2023 23:25

Rusiyalı alim Aleksandr Qinzburq hazırda Rusiyada, eləcə də bizdə aktiv olan B variant qripin necə təsir etdiyini açıqlayıb.

"Medicina" xəbər verir ki, onub sözlərinə görə, bu qrip səs tellərinə təsir edir, boğazdan başlayır.
Daha sonra iltihabi proses burun-udlağından bronxlara və ağciyərlərə keçir.

Müalicəni ağciyərlərdə pnevmoniyaya keçməyənə qədər başlamaq lazımdır.

Əks təqdirdə, koviddəki kimi tənəffüs çatışmazlığı verə bilər.

Milli.Az