Rusiyanın bu ərazisində temperatur -61 dərəcəyə endi

10 Yanvar 2023 12:19

Rusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın temperaturu mənfi 61 dərəcəyə qədər enib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mənfi 61 dərəcə şaxta Jilinda kəndində qeydə alınıb.

Bununla yanaşı, respublikanın 9 rayonunda havanın temperaturu mənfi 45 dərəcəyə çatıb. Yakutiyanın şimal-qərb və şimal-şərq hissələrində isə gecələr mənfi 50 dərəcə müşahidə edilir. 

Yakutiyanın paytaxtı Yakutskda isə temperatur mənfi 42 dərəcə şaxta təşkil etdiyindən orta məktəblərdə təhsil distant formata keçirilib.

Milli.Az