Azərbaycanlı bloqer Taylandda qızardılmış əqrəb yedi - VİDEO

10 Yanvar 2023 19:20

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov qış tətilinə Taylanda yollanıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, gecə saatlarında Banqkokun küçələrini ələk-vələk edən bloqer dostları ilə birlikdə küçədə satılan müxtəlif həşəratların dadına baxıb.

Həsənov qızarmış əqrəb yeyib və "Tamı normaldır" deyib. Daha sonra Hüseyn timsahın qrildə qızarıldığının da şahidi olub.

Milli.Az