Metroda şalvarsız bir gün - FOTO

10 Yanvar 2023 19:31

Uzun illərdir keçirilən "Şalvarsız Metro Günü" ("No Trousers Tube Ride") ötən gün İngiltərədə baş tutub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, pandemiya səbəbiylə 2 ildir keçirilməyən aksiyaya paytaxt Londonda yüzlərlə insan qatılıb. Onlar havanın soyuq keçməsinə baxmayaraq metroda şalvarsız səyahət ediblər.

Qeyd edək ki, "Şalvarsız Metro Günü" ilk dəfə 2002-ci ildə Nyu-Yorkda başladılıb.

Milli.Az