Kanada 88 ədəd F-35 qırıcısı alacaq

10 Yanvar 2023 08:44

Kanada hökuməti Amerikanın "Lockheed Martin" korporasiyasından 88 müasir F-35 təyyarəsi alacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kanada Müdafiə Nazirliyinin rəhbəri Anita Anand jurnalistlərə bildirib. Bu Hərbi Hava Qüvvələrinin qırıcı donanmasının yenilənməsi proqramı çərçivəsində baş tutacaq.

Müqavilənin dəyəri 14,1 ABŞ dolları məbləğindədir.

Milli.Az