Günəşdə güclü partlayış baş verdi

10 Yanvar 2023 07:28

Bazar ertəsi Günəşdə güclü partlayış baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun saytı məlumat yayıb.

Məlumata görə, X1.9 növündən olan partlayış Bakı vaxtı ilə saat 22:37-də başlayıb, 22:50-də pikə çatıb və 22:57-də isə sonlanıb.

Bildirilib ki, bu, 9 yanvarda baş vermiş 15-ci partlayışdır.

Günəşdə baş verən partlayışlar Yerdə maqnit qasırğalarına səbəb olur ki, bu da enerji sisteminin, canlı aləmin fəaliyyətinə təsirsiz ötüşmür.

Milli.Az