Feysbuk administrasiyası Braziliyanın eks-prezidenti Jair Bolsonaronun tərəfdarlarının təşkil etdiyi iğtişaşlara dəstək verən paylaşımları siləcək.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Meta"nın sözçüsü Endi Stoun məlumat yayıb.
"Biz siyasətlərimizi pozan yazıları silməyə davam edəcəyik", - o bildirib.
Qeyd edək ki, ötən gün Braziliyanın sabiq Prezidenti Jair Bolsonarunun tərəfdarları ölkə parlamentinə, ali məhkəməyə və dövlət başçısının iqamətgahına daxil olub. Belə ki, Bolsonaru tərəfdarları onun ötən il keçirilən prezident seçkilərindəki məğlubiyyətini qəbul etmirlər və onun hakimiyyətə qayıtmasını tələb edirlər. İnsident zamanı ölkə Prezidenti Lula da Silva ölkədə olmayıb. Onun andiçmə mərasimi isə yanvar ayında baş tutub.
Milli.Az