Rusiyada təyyarə qəzaya uğradı, 2 nəfər öldü

9 Yanvar 2023 17:22

Rusiyanın Nenets Muxtar Dairəsində An-2 təyyarəsi buzlaşma səbəbi ilə qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, Karatayka kəndindən 10 km aralıda baş vermiş hadisə zamanı təyyarənin göyərtəsində 10 sərnişin və 2 nəfər ekipaj üzvü olub. İlkin məlumatlara görə, 2 nəfər ölüb.

Qəza yerinə gələn xilasedicilər lazımi tədbirləri həyata keçirir.

Milli.Az