Salvador FİFA-dan qovuldu

13 May 2010 18:07
Milli.Az xəbər portalının "Korrespondent"ə istinadən verdiyi məlumata görə, FİFA-nın bu qərarı çıxarmasına səbəb Salvador hökumətinin yerli futbol federasiyasının işlərinə müdaxiləsidir. Mübahisə həllini tapmadan bu ölkədən olan 3 hakimin gələn ay CAR-da keçiriləcək futbol üzrə dünya çempionatında iştirakına da icazə verilməyəcək.
FİFA Salvador hökumətinə iyunun 8-dək vaxt verib. Bu vaxtadək hökumət qurumu narazı salan əməllərindən imtina etməsə, qərar qüvvəyə minəcək.

Milli.Az