"Neftçi" ilk qış transferini reallaşdırdı - VİDEO

9 Yanvar 2023 17:32

"Neftçi" qış fasiləsində ilk transferini reallaşdırıb.

Milli.Az futbolpress.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan Höccət Haqverdini heyətinə qatıb. Məlumatı klubun mətbuat xidməti yayıb. Son olaraq icarə əsasında İranın "Traktor" klubunda çıxış edən Azərbaycan millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

"Neftçi" transferi aşağıdakı video ilə təqdim edib.

Milli.Az