Yolların açılması üçün çox sayda texnika və şəxsi heyət cəlb edildi - VİDEO

9 Yanvar 2023 12:51

Qar yağışı müşahidə edilən Respublikanın bütün yollarında DYP əməkdaşlarının müşayiəti və təhlükəsizlik tədbirlərini təmin etməsi ilə paralel olaraq aidiyyatı qurumlar tərəfindən yolların qardan təmizlənməsi və qumlanması işi həyata keçirilir.

Milli.Az bildirir ki, paytaxt ərazisində və digər bölgələrdə bu işə çoxsaylı texnika və şəxsi heyət cəlb edilib.

Yolların açılması istiqamətində işlər fasiləsiz davam etdirilir.

Milli.Az