"Səbail"in qapısına vurulan qolu saymadı, üzr istədi - VİDEO

9 Yanvar 2023 17:16

Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Səbail" yoxlama oyununda Polşanın "Legiya" klubu ilə üz-üzə gəlib.

Milli.Az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçdan sonra baş hakim rəqib komandadan üzr istəyib. Bunu Varşava təmsilçisinin məşqçisi İnyaki Astiz deyib. O bildirib ki, qarşılaşmanı idarə edən yerli referi birinci hissədə qaydalar çərçivəsində vurduqları qolu qeydə almayıb və sonradan buna görə üzr istəyib:

"Hakim artıq çəkili olduğu üçün görüşün tempi ilə ayaqlaşa bilmirdi. Birinci hissədə vurduğumuz qolu da saymadı. Sonradan isə bu qərarına görə bizdən üzr istədi".

Qeyd edək ki, matçda "Səbail"in qollarına 4-cü dəqiqədə Qustavo de Fransa və 81-ci dəqiqədə Mirabdulla Abbasov imza atıblar. (publika)

Milli.Az