Müğənnidən açıqlama: “Bir qəpik belə qazanmadım”

9 Yanvar 2023 20:16

Bir müddətdir türkiyəli müğənni Zeynəb Bastıkın "Youtube" kanalındakı proqramı ilə çox qazandığı və hətta bununla varlandığı iddia edilirdi.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı məsələ ilə bağlı açıqlama verib:

"Bir qəpik belə qazanmadım. Mahnıları "cover" şəklində oxuduğum üçün "Youtube"un ödədiyi bütün pul mahnıların hüquq sahiblərinə gedir. Mən ancaq konsertlərdən qazanıram",- Zeynəb bildirib.

Milli.Az