Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
Milli.Az xəbər verir ki, bir qədər əvvəl RSK-yə məxsus iki avtomobil Xankəndidən Laçına doğru keçib.
Aksiyaçılar yoldan çəkilərək maşınların keçməsinə şərait yaradıblar.
Milli.Az