15 yaşlı qız dəm qazından boğulub

9 Yanvar 2023 10:28

Cəlilabadda 15 yaşlı qız dəm qazından boğulub.

Milli.Az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin V.Mürsəlov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Şəhər sakini, 2008-ci il təvəllüdlü N.Məmmədova dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılsa da, artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az