Rusiyanın sərhədinə nüvə silahı yerləşdirilir?

9 Yanvar 2023 08:59

NATO-ya daxil olduqdan sonra ölkə ərazisində nüvə silahı yerləşdirilməyəcək.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

O xatırladıb ki, Finlandiya alyansa üzvlük üçün müraciət edərkən öz fəaliyyət dairəsini məhdudlaşdırmaq istəmədiyi üçün ilkin şərtlər irəli sürməyib:

"Ancaq aydındır ki, üzvlük başa çatdıqdan sonra belə Finlandiya torpağında nüvə silahı olmayacaq", - o bildirib.

O, ölkənin siyasi rəhbərliyinin Finlandiya və İsveçin NATO-ya eyni vaxtda qoşulacağına dair baxışını təsdiqləyib:

"Finlandiya və İsveç vahid strateji müdafiə strukturu təşkil edirlər. Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı eyni vaxtda açıqlaması sadəcə nəzakət jesti deyil, hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsidir".

Milli.Az