Uçuşların gediş-gəlişində heç bir gecikmə yoxdur

9 Yanvar 2023 08:38

Hava şəraitinin dəyişməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində fəaliyyətini davam etdirir.

Bu barədə Milli.Az-a aeroportdan bildiriblər.

"Uçuşların gediş-gəlişində heç bir gecikmə yoxdur. Hava şəraitinin pisləşməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu adi rejimdə fəaliyyətini, eləcə də təyyarələrin qəbulunu və göndərilməsini davam etdirir", - deyə qeyd olunub.

Milli.Az