İlon Mask bazar günü sahibi olduğu "Twitter" sosial şəbəkəsinin tərtibatçılarının mətn formatlaşdırma funksiyalarını işə salmağı planlaşdırdıqlarını açıqladı.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İ.Mask öz "Twitter" səhifəsində yazıb.
"Cari rübdə yarım qalın şrift, alt xətt və şrift ölçüsü kimi əsas formatlaşdırma xüsusiyyətlərini də əlavə edəcəyik", - deyə o bildirib.
O, bu variantların ilk növbədə uzun mesajlar üçün olduğunu izah etdi. İ.Mask yanvarın 7-də bildirib ki, istifadəçilər fevral ayında belə mesajlar yerləşdirə biləcəklər.
Milli.Az