Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek alman "Leopard" döyüş tanklarının Ukraynaya çatdırılmasının mümkünlüyünü istisna etməyib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, ARD telekanalının efirində deyib.
"Biz həmişə situasiyanı yoxlayırıq, fəaliyyətimizi digər ölkələrlə əlaqələndiririk. Və bundan sonrakı qərarlar da bu dəhliz çərçivəsində qəbul edilir. Bu o deməkdir ki, bu, əlbəttə ki, istisna deyil", - Habek bildirib.
Milli.Az