Bakı qara bürünür

9 Yanvar 2023 07:48

Bakıda dünən axşam saatlarından başlayan sulu qar gecəyə doğru qara çevrilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, paytaxtın bəzi əraziləri artıq qara bürünüb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında axşama doğru külək 15 m/s-dək güclənib. Gecə temperatur Bakıda 2 dərəcə şaxtadır.

Milli.Az