Ukrayna diversantların axtarışına başladı

8 Yanvar 2023 23:32

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rayonlarından birində diversantların axtarışı üçün əməliyyat elan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Bu günlərdə küçələrin bəzi hissələri bağlana, sənəd yoxlanışı və avtomobillərə texniki baxış keçirilə bilər. Yoxlanış əməliyyatına Kəşfiyyat Xidmətinin hərbi komanda-nəzarət orqanları, eləcə də hərbi texnika cəlb olunacaq. Məqsəd kritik infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi, mümkün təxribat qruplarının müəyyən edilməsi və saxlanılmasıdır", - məlumatda deyilir.

Milli.Az