İsrailin yeni hökuməti bir neçə gün əvvəl elan etdiyi fələstinlilərə qarşı bir sıra cəza tədbirləri çərçivəsində onun səyahət icazəsini ləğv edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fələstinin XİN rəhbəri Riyad əl-Maliki deyib.
O, bildirib ki, Braziliya prezidentinin andiçmə mərasimindən qayıdarkən İsrailin adi fələstinlilərdən fərqli olaraq yüksək rütbəli Fələstin rəsmilərinin işğal altındakı İordan çayının qərb sahilinə asanlıqla girib-çıxmasına imkan verən səyahət icazəsini ləğv etdiyi barədə xəbər alıb.
Milli.Az