"Evdən çölə çıxmıram" - Lətifə virusa yoluxdu

8 Yanvar 2023 22:57

Müğənni Lətifə Soyuöz son günlər yayılan qrip virusundan gileylənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir həftədir xəstə yatdığını deyib. O bildirib ki, bütün ailə üzvləri də virusa yoluxub:

"Dərmanlı, sistemli bir həftəni geridə qoyduq. Son gün yayılan bu qripi, xəstəliyi elə-belə qəbul etməyin. Bir həftədir evdən çölə çıxmırıq".

Lətifə hazırda sağaldığını vurğulayıb.

Milli.Az