Nazir müavinindən yanğınla bağlı açıqlama

8 Yanvar 2023 21:03

"Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparılır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, 15-20 dəqiqə ərzində məhdudlaşdırma veriləcək:

"Bəzi yerlərdə kiçik alovlar ola bilər, onun da təhlükəsi yoxdur.

Əsas yanğının yayılmasının qarşısı alınıb. Hadisə yerinə 22 texnika, 120-dən artıq canlı qüvvə cəlb olunub.

Yanğının səbəbi barədə hələlik nəsə deyə bilmərik, araşdırma nəticəsində məlum olacaq".

Milli.Az