İran vətəndaşı Almaniyada terror aktına cəhd ETDİ

8 Yanvar 2023 17:07

Almaniyada terror hazırlığında olan şəxs saxlanılıb.

Bu barədə "Deutsch Welle" məlumat yayıb.

Bildirilib ki, hadisə Kastrop-Rauksel şəhərində qeydə alınıb. Saxlanılan şəxs İran İslam Respublikasının vətəndaşı olub.

Onun üzərindən partlayıcı hazırlamaq üçün istifadə olunan zəhərli kimyəvi maddələr aşkarlanaraq götürülüb. Hazırda araşdırmalar davam etdirilir.

Milli.Az